Sosial media fenomeni 10 nəfərin hücumu nəticəsində öldürülüb

Sosial media fenomeni 10 nəfərin hücumu nəticəsində öldürülüb

07:37
Bəyəndim (0) Bəyənmədim (0)



Kolumbiyada tanınmış sosial media fenomeni Aleks Migel Quzman Diazın iştirakı ilə baş verən mübahisə faciə ilə nəticələnib.
Xarici mətbuatın məlumatına görə, 28 yaşlı fenomen dostunu qorumaq məqsədilə davaya müdaxilə edib. Lakin hadisə zamanı o, küçənin ortasında təxminən 10 nəfərin amansız hücumuna məruz qalıb.
Çoxsaylı zərbələr nəticəsində ağır xəsarətlər alan Diaz dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin ətrafdakı təhlükəsizlik kameraları tərəfindən qeydə alınması ictimaiyyətdə böyük rezonans doğurub. Görüntülərdə fenomenin bir qrup şəxs tərəfindən döyülməsi əks olunub.
Bu faciə Kolumbiyada ictimai yerlərdə baş verən zorakılıq və qrup halında hücumların yaratdığı təhlükəni yenidən gündəmə gətirib. Hazırda hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi və təqsirkarların məsuliyyətə cəlb olunması istiqamətində araşdırma aparılır.

Şahmurad