Milli Məclisdə “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib

Milli Məclisdə “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib

20:05
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclis “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

Oxuməni.az xəbər verir ki, qanun layihəsi parlamentin noyabrın 17-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF-nin) 2027-ci il üçün gəlirləri 9 milyard 221 milyon manat təşkil edəcək ki, bu da cari ilin proqnoz göstəricisi ilə müqayisədə 897 milyon 400 min manat və ya 10,8 faiz çoxdur. DSMF-nin 2027-ci il üçün nəzərdə tutulan xərcləri isə 9 milyard 273 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin göstəricisindən 790 milyon manat və ya 9,3 faiz çoxdur.