Avstraliya üç İsrail vətəndaşına qarşı sanksiyalar tətbiq etdi
Avstraliya hakimiyyəti Qərb Şəriyəsində yaşayış məntəqələrinin salınması ilə bağlı üç İsrail vətəndaşına və dörd İsrail təşkilatına qarşı sanksiyalar tətbiq edib. Oxuməni.az xəbər verir ki, bu barədə Avstraliya xarici işlər naziri Penni Vonqun açıqlamasında bildirilib.
Bəyanatda qeyd olunur ki, "sanksiya tətbiq edilən şəxslər və təşkilatlar yeni yaşayış məntəqələrinin planlaşdırılmasında və salınmasında, o cümlədən ianə toplama işlərində fəal iştirak ediblər".
Sanksiyalar Avstraliya vətəndaşlarına və şirkətlərinə İsrail fiziki və hüquqi şəxsləri ilə hər hansı ticarət və maliyyə əlaqələrini qadağan edir.
Əziz Mustafa
Digər xəbərlər



























.jpg)
















.jpg)















.jpg)


.png-1.png)




















