Putin və Si Cinpin APEC sammitində danışıqlara başlayıblar
Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin Şençjendə keçirilən APEC sammiti çərçivəsində danışıqlara başlayıblar.
Görüş zamanı Vladimir Putin Asiya-Sakit Okean regionunda rifahın təmin edilməsini Rusiya və Çin üçün ortaq məqsəd adlandırıb. O, əlavə edib ki, iki ölkə arasında ticarət 2026-cı ildə güclü artım göstərəcək.
Putin əlavə edib ki, Rusiya və Çin arasında xarici siyasət əlaqələri beynəlxalq səviyyədə sabitdir. O, Moskva və Pekinin daha ədalətli çoxqütblü dünya nizamı yaratmaq üçün konstruktiv yanaşma yürütdüyünü bildirib. Putin həmçinin Rusiya və Çinin hər iki ölkənin xalqlarının rifahı naminə "yüksəliş istiqamətində" birlikdə çalışdıqlarını bildirib.
Si Cinpin Vladimir Putinlə görüşü simvolik adlandırıb. O, Moskva və Pekin arasındakı münasibətlərin geniş perspektivlərə malik olduğunu və qlobal iqtisadi şəraitdən asılı olmadığını vurğulayıb.
Əziz Mustafa























.jpg)













.jpg)















.jpg)


.png-1.png)



























