Mask heç bir cinayət törətmədiyi üçün prezident tərəfindən əvvəlcədən əfv edilməsinə ehtiyac duymur

Mask heç bir cinayət törətmədiyi üçün prezident tərəfindən əvvəlcədən əfv edilməsinə ehtiyac duymur

11:22
Bəyəndim (1) Bəyənmədim (0)

İş adamı və milyarder İlon Mask, heç bir cinayət törətmədiyi üçün prezident tərəfindən əvvəlcədən əfv edilməsinə ehtiyac duymadığını söylədi. Sahibkar bunu The New York Times qəzetinə verdiyi müsahibədə bildirib.

Noyabrın əvvəlində ABŞ prezidenti Donald Tramp, Maskı və digər tərəfdaşlarını əvvəlcədən əfv etmək istədiyini açıqladı. Məqsəd onları Demokratlar tərəfindən gələcəkdə təqib olunmaqdan qorumaq idi.

"Düşünmürəm ki, əfv olunmağa ehtiyacım var, çünki heç bir cinayət törətməmişəm",- Mask bəyan edib.

İlon Mask Respublikaçıların prezidentlik kampaniyasının ən böyük donorlarından biri olub və bu məqsədlə seçkilər zamanı onlara 445 milyon dollardan çox yardım edib.

Mask Demokratların ara seçkilərdəki qələbəsi ilə bağlı zarafat etmişdi. Onun sözlərinə görə, bu dəfə onun "müdaxilə lazerləri işə yaramadı".

Əziz Mustafa