Dünyanın ən böyük kriptovalyuta birjası Binance haker hücumuna məruz qalıb: ziyan 6,3 milyard dollar qiymətləndirilir

Dünyanın ən böyük kriptovalyuta birjası Binance haker hücumuna məruz qalıb: ziyan 6,3 milyard dollar qiymətləndirilir

10:11
Bəyəndim (1) Bəyənmədim (0)

Oktyabrın 30-na keçən gecə naməlum şəxslər dünyanın ən böyük kriptovalyuta birjası Binance-ə hücum ediblər. Qiymətləndirmələrə görə, ziyan 6,3 milyard dollar təşkil edə bilər. Analitiklər hesab edirlər ki, bu hadisə tarixdə ən böyük kriptovalyuta oğurluğu ola bilər. Oxuməni. az xəbər verir ki, bu barədə cümə axşamı səhər Reuters xəbər verib.

Reuters-in məlumatına görə, cinayətkarlar birjanın sistemlərinə DevOps mühəndislərindən birinin oğurlanmış noutbuku vasitəsilə daxil ola biliblər. Bu, şirkətin icazəsi olmadan pul çıxarma əməliyyatları aparmağa imkan verib.

Binance özü hələlik yalnız istintaq apardığını və istifadəçilərin pullarının "tam təhlükəsiz" olduğunu bildirib. Bununla belə, dünya üzrə investorlar artıq kriptovalyutaların satışı ilə reaksiya veriblər: Bitcoin 3,5%, Ethereum isə 4%-dən çox ucuzlaşıb.

Tether (USDT) və Circle (USDC) stabilkoin operatorları oğurlanmış 1,7 milyard dolları dərhal blokladıqlarını bildiriblər. Beləliklə, Binance-in ümumi ziyanının nə qədər olduğu hələlik məlum deyil.

Bu oğurluqdan əvvəl ən böyük kripto oğurluğu Bybit birjasından bir yarım milyard dolların "oğurlanması" hesab olunurdu. O zaman FBR hesab edirdi ki, oğurluğun arxasında Şimali Koreya xakerləri dayanıb.

Almaz Həsənli