ABŞ-ın 3 noyabrdan  bir neçə gün sonra İrana zərbə endirməyi planlaşdırır

ABŞ-ın 3 noyabrdan bir neçə gün sonra İrana zərbə endirməyi planlaşdırır

10:23
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ 3 noyabrda keçiriləcək aralıq konqres seçkilərindən bir neçə gün sonra İrana qarşı hərbi əməliyyatları bərpa edə və İslam Respublikasına qarşı zərbələr endirə bilər.

Oxuməni.az xəbər verir ki, bu barədə Associated Press mənbələrə istinadən məlumat verib.

Mənbələrə görə, ABŞ Yaxın Şərq müttəfiqlərini bu müddət barədə məlumatlandırıb. Lakin regional rəsmilər ABŞ-ın hücumu halında İranın qisas alacağını gözləyirlər ki, bu da döyüşləri uzada bilər. ABŞ prezidenti Donald Tramp hələlik hərbi əməliyyatların bərpası ilə bağlı yekun qərar verməyib.

Daha əvvəl "The Wall Street Journal" mənbələrə istinadən xəbər vermişdi ki, Vaşinqton bir neçə Fars körfəzi ölkəsini aralıq konqres seçkilərindən sonra İrana qarşı mümkün "qısa, intensiv hərbi kampaniya" barədə xəbərdar edib.

Əziz Mustafa