Populyar məhsullarda xərçəngə qarşı xüsusiyyətlərə malik maddələr aşkarlanıb
Pomidor və zeytunda olan zülal və peptidlər xərçəngə qarşı xüsusiyyətlərə malik ola bilər. Alimlər bu məhsullardakı bioloji aktiv birləşmələrlə bağlı tədqiqatların nəticələrini araşdırdıqdan sonra belə qənaətə gəliblər. Oxuməni. az xəbər verir ki, elmi icmal Food & Function (F&F) jurnalında dərc olunub.
Mütəxəssislər, o cümlədən pomidor və zeytun emalından qalan tullantılardan əldə edilə bilən zülal və peptidlərlə bağlı tədqiqatları təhlil ediblər. Əvvəllər alimlərin diqqəti əsasən antioksidantlara, karotinoidlərə və bitki mənşəli yağlara yönəlmişdi.
Məlum olub ki, pomidorda olan bəzi birləşmələr şişlərin böyüməsi üçün zəruri olan yeni qan damarlarının yaranmasının qarşısını ala bilər. Bu xüsusiyyətlər hüceyrələr və zebra balıqları üzərində aparılan təcrübələrdə kiçik zülal molekullarında aşkar edilib.
Tədqiqatçılar zeytunda xərçəng hüceyrələrinin çoxalmasını zəiflədə bilən maddələr müəyyən ediblər. Xüsusilə, LLPSY peptidi insan şiş hüceyrələri üzərində aparılan təcrübələrdə bioloji aktivlik nümayiş etdirib.
Bununla belə, müəlliflər vurğulayıblar ki, nəticələrin əksəriyyəti hələlik laboratoriya şəraitində əldə olunub. Alimlər bu birləşmələrin həzmdən sonra öz xüsusiyyətlərini qoruyub-qorumadığını və orqanizmdə şişlərə çatıb-çatmadığını hələ müəyyənləşdirməlidirlər.
Almaz Həsənli
























.jpg)















.jpg)
.jpg)






.jpg)












.jpg)



























