ABŞ Ədliyyə Nazirliyi FTB-nin keçmiş rəhbəri Ceyms Komiyə qarşı üçüncü dəfə ittiham irəli sürüb
ABŞ Ədliyyə Nazirliyi bu yaxınlarda açıqlanan məhkəmə sənədlərinə əsasən, Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş direktoru Ceyms Komini milli müdafiə ilə bağlı məlumatları ötürməkdə və bu məlumatların ötürülməsi məqsədilə sui-qəsddə ittiham edir. Oxuməni. az xəbər verir ki, ABŞ mediasının yazdığına görə, yeni iş on il əvvəl The New York Times qəzetində ABŞ xüsusi xidmət orqanlarının elektron yazışmaları izləməsi barədə dərc olunmuş məqalə ilə bağlıdır. Komi ittihamları rədd edir və təqibləri Ədliyyə Nazirliyinin səlahiyyətlərindən sui-istifadə kimi qiymətləndirir.
İttiham tərəfinin versiyasına görə, 2016-cı ilin oktyabrında Komi FTB əməkdaşlarına The New York Times qəzetinin jurnalisti Çarli Seviclə əlaqə saxlamağı tapşırıb. Məqsəd bir gün əvvəl Reuters agentliyində dərc olunmuş məqalədəki qeyri-dəqiqlikləri düzəltmək olub. İstintaq iddia edir ki, bu ünsiyyət zamanı Komi jurnalistə məxfi məlumatları qanunsuz şəkildə ötürüb.
2016-cı il oktyabrın 5-də dərc olunan The New York Times məqaləsində Yahoo şirkətinin ABŞ xüsusi xidmət orqanlarının müəyyən etdiyi məlumatları axtarmaq üçün istifadəçilərin bütün daxil olan elektron məktublarını skan edən xüsusi proqramı gizli şəkildə hazırladığı bildirilirdi.
Kominin vəkilləri iddia edirlər ki, məxfi məlumatların ehtimal olunan sızması ilə bağlı məsələ ABŞ-ın iki ayrı prokurorluğu tərəfindən artıq araşdırılıb, lakin hər iki qurum cinayət işi açmaqdan imtina edib. Müdafiə tərəfi həmçinin israr edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti 2026-cı il oktyabrın 5-də başa çatıb və böyük jüri qərarı olmadan ittiham irəli sürülə bilməz.
Prokurorlar ittiham sənədini müddətin başa çatdığı son gündə məhkəməyə təqdim edib və davam edən istintaqa istinad edərək sənədin məxfi saxlanılmasını istəyiblər. Oktyabrın 26-da, bazar ertəsi, Kominin özünün müraciətindən sonra hakim sənədin açıqlanmasına qərar verib.
Komi uzun müddətdir ABŞ Prezidenti Donald Trampla münaqişə yaşayır. Tramp 2017-ci ilin mayında, FTB-nin 2016-cı il prezident seçkilərinə Rusiyanın müdaxiləsi və Moskva ilə Trampın seçki qərargahı arasında mümkün əlaqələri araşdırmağa başlamasından sonra onu büro direktoru vəzifəsindən azad edib. Həmin vaxtdan bəri prezident dəfələrlə açıq şəkildə FTB-nin keçmiş rəhbərinin məsuliyyətə cəlb olunmasına çağırıb.
Bu, Trampın ikinci prezidentlik müddəti başlayandan bəri Komiyə qarşı açılan üçüncü federal məhkəmə işidir. Birinci iş məhkəmə tərəfindən dayandırılıb. 2026-cı ilin aprelində Şimali Karolinada açılan ikinci iş üzrə Komiyə prezidentə hədə-qorxu gəlmək ittihamı irəli sürülüb. Bu ittiham sosial şəbəkələrdə «8647» rəqəmləri formasında düzülmüş balıqqulaqlarının fotosunu paylaşması ilə əlaqələndirilib.
Komi təqsirsiz olduğunu bildirir. O, ittihamlar açıqlanandan sonra sosial şəbəkələrində yayımladığı video müraciətində deyib: «Onlar yenə öz bildiklərini edirlər. Ədliyyə Nazirliyinin səlahiyyətlərindən bu qədər açıq şəkildə sui-istifadə edilməsəydi, bu, demək olar ki, gülünc görünərdi».
O, özünü təqsirli hesab etmədiyini və məhkəmədə mübarizəsini davam etdirəcəyini vurğulayıb.
İttihamların açıqlanması Ədliyyə Nazirliyinə qarşı çıxarılan başqa bir məhkəmə qərarı ilə eyni vaxta təsadüf edib. Federal hakim Ceyms Kominin qızı, nazirliyin keçmiş əməkdaşı Morin Kominin ötən il qanunsuz şəkildə işdən çıxarıldığına qərar verib və onun vəzifəsinə bərpa olunmasını tapşırıb.
Almaz Həsənli














.jpg)







.jpg)
.jpg)






.jpg)












.jpg)






























.jpg)









