Rusiya Ukrayna müharibəsi ilə bağlı danışıqlardan NATO-nun hərbi mövcudluğunu azaltmaq üçün istifadə edə bilər
Rusiya Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqların yeni mərhələsindən NATO-dan güzəştlər əldə etmək, o cümlədən alyansın Şərqi Avropadakı hərbi mövcudluğunu azaltmaq üçün istifadə etməyi planlaşdırır. Oxuməni.az xəbər verir ki, bu barədə “The Telegraph” diplomatik mənbələrə istinadən yazır.
Nəşrin məlumatına görə, Vladimir Putin, ehtimal ki, NATO-nun hərbi mövcudluğunun 1997-ci il səviyyəsinə qaytarılmasını tələb edəcək. Həmin vaxt Şərqi Avropanın keçmiş sosialist ölkələri alyansa hələ qoşulmamışdı. Ehtimal olunur ki, Putin NATO qoşunlarının Polşa, Estoniya, Latviya, Litva və Finlandiyadan çıxarılmasını tələb edəcək.
Avropalı rəsmilər “The Telegraph” nəşrinə bildiriblər ki, onların mövqeyi dəyişməz olaraq qalır və NATO qoşunlarının çıxarılmasına razılıq verilməyəcək.
Rusiya daha əvvəl Ukrayna və ABŞ ilə üçtərəfli danışıqları bərpa etməyə razılıq verib. Danışıqların noyabr ayında Əbu-Dabidə keçirilməsi nəzərdə tutulur. Nəşrin mənbələrinin sözlərinə görə, Moskva Avropanın danışıqlarda iştirakından NATO-nun genişlənməsi məsələsini yenidən gündəmə gətirmək üçün istifadə etməyi planlaşdırır.
“The Telegraph”ın məlumatına görə, Rusiya hakimiyyəti danışıqların bərpasına, qismən də ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiyanın yanacaq ixracına qarşı sanksiyaların yumşaldılması məsələsini müzakirə etmək təklifi əsasında razılıq vermiş ola bilər.
Almaz Həsənli


















.jpg)
















.jpg)
.jpg)






.jpg)












.jpg)



























