Voronej vilayətində Anapa-Moskva qatarına dron hücumu nəticəsində beş sərnişin xəsarət alıb

Voronej vilayətində Anapa-Moskva qatarına dron hücumu nəticəsində beş sərnişin xəsarət alıb

12:02
Bəyəndim (1) Bəyənmədim (0)


Voronej vilayətində Ukrayna dronlarının hücumu nəticəsində Anapa-Moskva qatarında beş sərnişin xəsarət alıb. Somov stansiyasında 11 nömrəli Anapa-Moskva sərnişin qatarının vaqonu zədələnib. İlkin məlumata görə, beş sərnişin xəsarət alıb. Onlara lazımi yardım göstərilir.

Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları məlumat yayıb. Məlumatda deyilir ki, Tresvyatskaya-Somovo-Otrojka-Voronej hissəsində hava əlaqə sistemində elektrik yoxdur. Qatar xidməti dayandırılıb. Bərpa briqadaları ərazidə işləyir.

Daha əvvəl Voronej vilayətinin qubernatoru Aleksandr Qusev 26 oktyabr gecəsi və səhəri dron hücumlarında iki nəfərin öldüyünü və 17 nəfərin yaralandığını bildirmişdi. Bu rəqəmə dron qalıqlarının qatara düşməsi nəticəsində yaralananlar da daxil idi.

Əziz MUSTAFA