ABŞ-ın Yaxın Şərqdəki qüvvələri 96 saat ərzində İrana qarşı əməliyyatlara başlamağa hazırdır
Yaxın Şərqdə yerləşən ABŞ qoşunları, Prezident Donald Trampın əmrindən sonra 96 saat ərzində İrana qarşı yeni böyük hərbi əməliyyatlara başlamağa hazırdır. Oxuməni az xəbər verir ki, bu barədə CNN iki rəsmi şəxsə istinadən məlumat yayıb.
Kanalın həmsöhbətlərinin sözlərinə görə, regionda İslam Respublikasına qarşı potensial hücumları həyata keçirmək üçün kifayət qədər qüvvələr yerləşdirilib.
"ABŞ-ın yeni hərbi əməliyyatlarının miqyası, ehtimal ki, sadəcə radarlara, buraxılış qurğularına və tez bərpa oluna bilən digər İran obyektlərinə zərbələr endirməklə "nizam-intizamı qoruma" və ya status-kvonu saxlama tədbirlərindən kənara çıxacaq", - deyə nəşrdə bildirilir.
Amerikalı mənbələrdən biri yeni hərbi əməliyyatın böyük səylər tələb edəcəyini bildirib. Hərbi planlaşdırma müzakirələri ilə tanış olan digər rəsmilər isə məsələnin Trampın əmr verib-verməyəcəyi deyil, nə vaxt verəcəyi olduğunu iddia edirlər.
Kanalın həmsöhbətləri əmrinin istənilən vaxt verilə biləcəyini düşünürlər, ən ehtimal ki, bu, bu ilin noyabrında ABŞ-da keçiriləcək aralıq seçkilərindən sonra baş verəcək.
Almaz Həsənli
.jpg)






























.jpg)




















































