Brent markalı neftin bareli təxminən 114,5 dollara düşüb

Brent markalı neftin bareli təxminən 114,5 dollara düşüb

Bəyəndim (1) Bəyənmədim (0)

Bazar ertəsi səhər saatlarında neftin qiymətləri, ötən həftənin sonuna yaxın altı ayın ən yüksək həddinə çatdıqdan sonra enişə keçib.

Oxuməni. az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:04-ə olan məlumata görə, London ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçersləri əvvəlki hərracın bağlanış qiymətindən 2,19 dollar (1,88%) ucuzlaşaraq bareli 114,53 dollara düşüb. Cümə günü isə onlar 3,55 dollar (3,14%) artaraq bareli 116,72 dollara çatmışdı.

Nyu-Yorkun NYMEX birjasında elektron ticarətdə WTI markalı neftin dekabr fyuçersləri bu vaxtadək 2,21 dollar (2,14%) ucuzlaşaraq bareli 101,06 dollara düşüb. Cümə sessiyasının yekunlarına görə, onların qiyməti 3,8 dollar (3,8%) artaraq bareli 103,27 dollara yüksəlmişdi.

Almaz Həsənli