Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib

20:11
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda FIFA U-15 Dünya Kuboku və Festivalının açılış mərasimi Bakıda keçirilib. Kristal Zalda baş tutan tədbirdə. əvvəlcə Azərbaycanın Respublikasının Dövlət Himni səsləndirilib.

Festivalın Təşkilat Komitəsinin sədri Samir Şərifov Azərbaycanın FIFA-nın 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalına ev sahibliyi etməsindən qürur duyduğunu bildirib. O, deyib ki, FIFA-nın və qurumun prezidenti Canni İnfantinonun bu təşəbbüsünü, həmçinin Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndirir. Təşkilat komitəsinin sədri Prezident İlham Əliyevin rəhbərliyini və turnirin reallaşması üçün göstərdiyi hərtərəfli dəstəyi xüsusi qeyd edib.

Turnirdə 189 ölkədən FIFA üzv assosiasiyalarını təmsil edən komandalar iştirak edir. Turnir ərzində təxminən 1000 oyun keçiriləcək.

15 yaşadək futbolçular arasında dünya kuboku Hövsan İdman Kompleksində keçiriləcək və 30 oktyabrda başa çatacaq. Açılış və final oyunları Bakı Kristal Zalında keçiriləcək. Azərbaycan milli komandası çempionatdakı ilk oyununda bu gün saat 19:30-da Timor-Leste ilə qarşılaşacaq.

Oktyabrın 25-də Azərbaycan komandası saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya ilə qarşılaşacaq. Hər iki oyun Hövsan İdman Kompleksinin 10A kortunda keçiriləcək. Bir gün sonra, oktyabrın 26-da komanda saat 11:30-da İsrail və saat 18:15-də Haiti ilə qarşılaşacaq.

Oxuməni.az