UEFA Çempionlar Liqası: “Sabah” “Borussiya”nı qəbul edir

UEFA Çempionlar Liqası: “Sabah” “Borussiya”nı qəbul edir

09:56
Bəyəndim (1) Bəyənmədim (0)

Bu gün Azərbaycanın “Sabah” klubu futbol üzrə UEFA Çempionlar Liqasının ümumi mərhələsinin III turu çərçivəsində oyun keçirəcək.

Oxuməni. az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda Almaniyanın “Borussiya” (Dortmund) klubunu qəbul edəcək.

Görüş Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq. Matçın baş hakimi ispaniyalı Xavyer Alberola Roxas olacaq.

Xatırladaq ki, “bayquşlar” Çempionlar Liqasının ümumi mərhələsində daha əvvəl İngiltərənin “Mançester Yunayted” klubuna 0:4 hesabı ilə uduzub, Çexiyanın “Slaviya” komandasını isə 2:0 hesabı ilə məğlub ediblər. Qarşıdakı turlarda onları Norveçin “Vikinq” (4 noyabr), İspaniyanın “Barselona” (25 noyabr) və “Vilyarreal” (8 dekabr), İtaliyanın “Napoli” (20 yanvar) və İngiltərənin “Arsenal” (27 yanvar) klubları ilə oyunlar gözləyir.

Qeyd edək ki, iki turdan sonra aktivində üç xal olan “Sabah” turnir cədvəlinin 22-ci pilləsində qərarlaşıb. Dortmund “Borussiya”sı isə 18-ci yerdədir.

Bu gün UEFA Çempionlar Liqasının ümumi mərhələsinin III turu çərçivəsində daha səkkiz oyun keçiriləcək.

UEFA Çempionlar Liqası

Ümumi mərhələ, III tur

20 oktyabr

20:45 “Fənərbağça” (Türkiyə) – “Slaviya” (Praqa, Çexiya)

23:00 “Roma” (İtaliya) – “Slovan” (Bratislava, Slovakiya)

23:00 “Portu” (Portuqaliya) – PSV (Niderland)

23:00 “Liverpul” (İngiltərə) – “Vilyarreal” (İspaniya)

23:00 “Mançester Siti” (İngiltərə) – AEK (Yunanıstan)

23:00 PSJ (Fransa) – “Barselona” (İspaniya)

23:00 “Napoli” (İtaliya) – “Budyo-Qlimt” (Norveç)

23:00 “Ştutqart” (Almaniya) – “Atletiko” (Madrid, İspaniya)

Almaz Həsənli