Zorakılıq törədənlərin məsuliyyətə cəlb olunacağı bəyan edilıb
Fransada yaşayış xərclərinin artmasına və məktəblərdəki şəraitə qarşı keçirilən kütləvi etirazlar zorakılıq, talan və dövlət binalarına hücumlarla müşayiət olunub. Ölkə üzrə 2 400-dən çox şəxs saxlanılıb, Parisdə və digər şəhərlərdə mağazalara, ictimai obyektlərə və tarixi binalara ziyan dəyib. Fransa Prezidenti Emmanuel Makron zorakılıq törədənlərin məsuliyyətə cəlb olunacağını bəyan edib.
Etirazlar hansı səbəbdən başlayıb?
"Associated Press"-in məlumatına görə, 17 oktyabr şənbə günü Fransanın müxtəlif şəhərlərində yüz minlərlə insanın iştirak etdiyi nümayişlər keçirilib. Etirazçıların narazılığı yaşayış xərclərinin yüksəlməsi, ictimai xidmətlərin vəziyyəti və məktəblərdəki problemlərlə bağlı olub.
Fransa hakimiyyətinin hesablamalarına əsasən, nümayişlərdə təxminən 550 min nəfər iştirak edib. Təşkilatçılar isə iştirakçıların sayının 800 minə yaxın olduğunu bildiriblər.
Nümayişlərin böyük hissəsi dinc xarakter daşısa da, bəzi qrupların polis əməkdaşları ilə toqquşması vəziyyəti gərginləşdirib. Ayrı-ayrı ərazilərdə mağazalar talan edilib, avtomobillər və zibil qabları yandırılıb, ictimai binalara hücumlar təşkil olunub.
Fransanın hüquq-mühafizə orqanlarının məlumatına istinad edən "Associated Press" oktyabrın 18-də ölkə üzrə saxlanılanların sayının 2 400-dən çox olduğunu bildirib.
Paytaxt Parisdə və ətraf ərazilərdə 855 nəfər saxlanılıb. Paris prokurorluğunun məlumatına görə, həmin şəxslərdən 557-si polis nəzarətində saxlanılıb.
Bu rəqəmlər etirazların miqyasını və hadisələrin təhlükəsizlik orqanları üçün yaratdığı çətinliyi göstərir.
Bununla belə, saxlanılan şəxslərin hamısının cinayət törətmiş elan edilməsi düzgün hesab edilmir və onların hüquqi statusu məhkəmənin qərarından asılı olacaq.
Şahmurad






.jpg)









.jpg)




























.jpg)








.jpg)





























