Neptun raketləri Rusiyada altı Su-34M təyyarəsini vurub

Neptun raketləri Rusiyada altı Su-34M təyyarəsini vurub

16:28
Bəyəndim (1) Bəyənmədim (0)


Ukrayna Hərbi Dəniz Qüvvələri, Neptun sahil müdafiə raket sistemindən istifadə edərək, Rusiya Federasiyasının Voronej bölgəsindəki Borisoglebsk hərbi aerodromunda altı Su-34M təyyarəsini vurub. Oxuməni.az xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələri cümə axşamı, 15 oktyabrda bəyan edib.
"Zərbə nəticəsində altı Su-34M bombardmançı təyyarəsi vurulub. Təyyarələrin uçuşlarını dəstəkləyən texniki avadanlıqlar da məhv edilib, aerodromda təkrar partlayışlar və yanğın qeydə alınıb. Məlumat dəqiqləşdirilir", - deyə açıqlamada bildirilir.

Bildirilib ki, Su-34M eyni vaxtda bir neçə idarə olunan və yüksək partlayıcı bomba, eləcə də müxtəlif növ raketlər daşıya bilir və Ukrayna Müdafiə Qüvvələrinin mövqelərinə və cəbhə xəttindəki yaşayış məntəqələrinə idarə olunan bomba zərbələri endirmək üçün Rusiya aviasiyasının əsas aktivlərindən biridir.

Hərbi Dəniz Qüvvələri əlavə edib ki, "Su-34M-in vurulması Rusiya hava qüvvələrinin aviasiya potensialını əhəmiyyətli dərəcədə zəiflədir və cəbhənin müvafiq sektorlarında taktiki aviasiyanın istifadəsinin intensivliyini azaldır".

Xatırladaq ki, 15 oktyabr gecəsi Voronej vilayətindəki Borisoqlebsk hərbi aerodromunda raket həyəcanı fonunda güclü partlayışlar eşidilib. Orada böyük yanğın baş verib.

Əvvəllər Rusiyada raket buraxılışları və raket yanacağı istehsalı ilə məşğul olan obyektlərə hücumlar edilib.

Əziz MUSTAFA