Sanksiyalar Rusiyanın ABŞ-a dizel yanacağı tədarükünü çətinləşdirir

Sanksiyalar Rusiyanın ABŞ-a dizel yanacağı tədarükünü çətinləşdirir

08:45
Bəyəndim (0) Bəyənmədim (0)

Moskva müqavilələrin həyata keçirilməsi ilə bağlı mövcud maneələrə baxmayaraq ABŞ-a dizel yanacağı tədarük edəcək. Oxuməni.az xəbər verir ki, Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev bunu Rusiya mediasına açıqlamasında bildirib.

O, tərəflərin mövcud məhdudiyyətləri nəzərə almaqla təchizatı mümkün etmək üçün bir sıra məsələləri həll etməli olduqlarından şikayətləndi.

"Biz başa düşürük ki, bu tədarükləri mümkün etmək üçün sazişin icrası ilə bağlı bir çox məsələlər həll olunmalıdır. Lakin bu məsələlərdə amerikalılarla işləməklə, necə birlikdə hərəkət edə biləcəyimizi və işləri necə yerinə yetirə biləcəyimizi göstərəcəyik", - deyə o əlavə etdi və sazişin Amerika fermerlərinə yanacağı daha ucuz almağa imkan verəcəyini bildirdi.

Qeyd etmək lazımdır ki, ABŞ gündə təxminən 3,8 milyon barel dizel yanacağı istehlak edir, buna görə də razılaşdırılmış həcmin daxili qiymətlərə əhəmiyyətli dərəcədə təsir göstərməsi ehtimalı azdır.

Dmitriyev həmçinin qeyd etdi ki, Rusiya və ABŞ iqtisadi əməkdaşlığın digər sahələrini müzakirə edirlər, Vaşinqtonun sanksiyaları isə, onun fikrincə, ilk növbədə ABŞ-ın özünün iqtisadi maraqlarına zərər verir.

Razılaşmaya qarşı çıxan Avropa ölkələrinin mövqeyini şərh edən Dmitriyev bildirib ki, 2022-ci ildən bəri Rusiyadan 320 milyard dollar dəyərində enerji resursları alıblar. Qeyd etmək lazımdır ki, Avropa Komissiyası əvvəllər Kremlin bu açıqlamalarını təkzib etmişdi.

Daha əvvəl Rusiya Baş nazirinin müavini Aleksandr Novak Moskvanın dizel yanacağı ixracını ABŞ prezidenti Donald Trampın elan etdiyindən daha yüksək səviyyələrə qaldıra biləcəyini bildirmişdi.

Əziz Mustafa