İsraildə partlayıcı qurğu barədə məlumatdan sonra “Delta” aviaşirkətinin təyyarəsi yoxlanılır
Bu gün səhər İsrailin Ben-Qurion hava limanında ABŞ-ın “Delta Air Lines” aviaşirkətinə məxsus, Nyu-Yorkdan gələn təyyarə ilə bağlı insident baş verib. Oxuməni.az xəbər verir ki, bu barədə İsrailin 12-ci telekanalı məlumat yayıb.
Təyyarənin enişindən az əvvəl onun göyərtəsində şübhəli qurğunun olması barədə anonim məlumat daxil olub. Təyyarə yerə endikdən sonra sərnişinlər operativ şəkildə təxliyə edilib, hava gəmisi isə təhlükəsizlik yoxlaması üçün hava limanının uzaq dayanacağına yönləndirilib.
Anonim məlumat ABŞ-dan gələn təyyarə artıq Ben-Qurion hava limanı yaxınlığında olarkən və enişə hazırlaşarkən daxil olub.
Təhlükəsizlik xidmətinin əməkdaşları məlumatın yalan ola biləcəyini ehtimal etsələr də, riskə getməyərək zəruri yoxlamaların aparılmasına qərar veriblər.
Yoxlamanın nəticələri nə olub?
Təyyarə enən kimi sərnişinlər operativ şəkildə göyərtəni tərk ediblər. Hava gəmisi hava limanının uzaq dayanacağına aparılıb və burada təhlükəsizlik əməkdaşları tərəfindən hərtərəfli yoxlanılıb.
Yoxlamanın nəticələrinə görə, heç bir şübhəli əşya və ya digər qeyri-adi predmet aşkar edilməyib.
“The Times of Israel” nəşrinin məlumatına görə, İsrail Hava Limanları İdarəsi də təyyarənin yoxlanılması zamanı heç bir şübhəli əşyanın aşkarlanmadığını təsdiqləyib.
“Hava gəmisi Ben-Qurion hava limanının təhlükəsizlik əməkdaşları tərəfindən hərtərəfli yoxlanılıb”, – deyə Hava Limanları İdarəsindən bildirilib.
Qurumun məlumatına görə, hava limanı normal fəaliyyət rejiminə qayıdıb.
Almaz Həsənli







































.jpg)






















.jpg)




















