Vəliəhd Şahzadə qorxuya düşdü! O, bunkerli saraylarda yaşamağa başladı

Vəliəhd Şahzadə qorxuya düşdü! O, bunkerli saraylarda yaşamağa başladı

16:25
Bəyəndim (0) Bəyənmədim (0)

Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salmanın Husilərin ölkəyə raket və pilotsuz təyyarə hücumlarından sonra bunkerli saraylarda yaşamağa başladığı bildirilir. Paytaxt Ər-Riyaddakı hava limanına və neft obyektlərinə edilən hücumlar təhlükəsizlik narahatlıqlarını artırsa da, bin Salmanın mümkün hücumlara qarşı xüsusi tədbirlər gördüyü deyilir.

Oxuməni.az xəbər verir ki, bu barədə Haberler.com-un yaydığı məlumatda deyilir.

Yəməndə Səudiyyə Ərəbistanı ilə Husilər arasında artan toqquşmalar kral ailəsinin təhlükəsizliyini də ön plana çıxarıb. Bir sıra raket və pilotsuz təyyarə hücumlarından sonra Vəliəhd Şahzadə Məhəmməd bin Salmanın təhlükəsizliyi artırdığı və bunkerli saraylarda qalmağa başladığı bildirilir.

Bununla belə bin Salmanın bunkerli saraylara köçdüyü barədə məlumatlar Səudiyyə hakimiyyəti tərəfindən təsdiqlənməyib. Xarici media xəbərləri ölkədə artan təhlükəsizlik təhdidini göstərir, lakin vəliəhdin hazırkı yaşayış yeri barədə dəqiq məlumat vermir.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanı son Husi hücumlarının hədəfinə çevrilib. İspaniyanın "El País" qəzetinin 11 oktyabr tarixli məlumatına görə, hava limanına raket zərbələri nəticəsində ən azı 14 nəfər ölüb, 300-dən çox insan yaralanıb. Hücumlar Səudiyyə paytaxtındakı vacib infrastrukturun da hədəfə alına biləcəyini göstərdi və regional gərginliyi yeni səviyyəyə qaldırdı.

Husilər sentyabr ayında Səudiyyə Ərəbistanının müxtəlif bölgələrinə ballistik raket və pilotsuz təyyarə hücumları həyata keçirdiklərini iddia etdilər. Husilərin hərbi sözçüsü Yəhya Sari hədəflərin Əbha, Nəcran və Cizandakı Aramco obyektləri, eləcə də Xamis Muşayt hava bazası olduğunu açıqladı. Hücumların Səudiyyə Ərəbistanının Yəməndəki hava əməliyyatlarına cavab olaraq həyata keçirildiyi iddia edilir.

Əziz Mustafa