Yoşihiro Seki siyasi ianələrin toplanmasında qanun pozuntularında ittiham olunur
Səkkiz Yaponiya müxalifət partiyası parlamentin yuxarı palatasına siyasi ianələrin toplanmasında qanun pozuntularında ittiham olunan təhsil, mədəniyyət, idman, elm və texnologiya naziri Yoşihiro Sekinin istefasını tələb edən qətnamə layihəsi təqdim edib. Kyodo xəbər agentliyinin məlumatına görə, səsvermə cümə günü keçiriləcək və parlamentin işini ciddi şəkildə poza bilər.
Müxalifət və hakim koalisiya partiyaları yuxarı palatada təxminən eyni sayda yerə malikdirlər. Buna görə də, hər iki qrup hazırda müstəqil qanunvericiləri öz tərəflərinə çəkməyə çalışır.
Hakim Liberal Demokrat Partiyası nazirin qanunu pozmadığını iddia edir, lakin mövcud şübhələrlə bağlı ona izahat verilməli olduğunu etiraf edir. Bunlar, ilk növbədə, standart təcrübəyə zidd olaraq, onun yalnız özəl şirkətlərin nümayəndələrini deyil, həm də dövlət qurumlarının işçilərini siyasi ianələrin alınması üçün ödənişli qəbullara dəvət etməsi ilə bağlıdır. Müxalifət iddia edir ki, bu, potensial korrupsiya əlaqələrinin qurulması üçün şərait yaradıb. Həmçinin nazirin siyasi ianələrin qeydiyyatı qaydalarını pozduğu da iddia edilir.
Əziz MUSTAFA















.jpg)

.jpg)










































.jpg)























