UEFA Çempionlar Liqasının beşinci turunda "Real Madrid" darmadağınlı, Qalatasaray isə minimal hesabla qalib gəlib

UEFA Çempionlar Liqasının beşinci turunda "Real Madrid" darmadağınlı, Qalatasaray isə minimal hesabla qalib gəlib

11:14
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA Çempionlar Liqasının beşinci turunda Türkiyənin "Qalatasaray" və İngiltərənin "Aston Villa" komandaları arasında oyun keçirilib. İstanbuldakı RAMS Park stadionunda baş tutan görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 77-ci dəqiqədə "Qalatasaray"ın oyunçusu Dəniz Gül vurub

Altıncı turda "Qalatasaray" Yunanıstanın AEK Afina klubu, "Aston Villa" isə Fransanın PSJ klubu ilə qarşılaşacaq. Hər iki oyun dekabrın 8-də keçiriləcək.

Bu turda maraqlı oyunlardan biri də İngiltərədə baş tutub. İngiltərənin "Mançester Siti" komandası "Etihad" stadionunda İtaliyanın "Napoli" klubunu qəbul edib və oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.

59-cu dəqiqədə qonaq komandanın hücumçusu Rasmus Hojlund hesabı açıb. 67-ci dəqiqədə "Siti"nin yarımmüdafiəçisi Əyyub Buhaddi hesabı bərabərləşdirib. 79-cu dəqiqədə Noah Lang ikinci topu meydan sahiblərinin qapısından keçirərək "Napoli"ni yenidən hesabda irəli çıxarıb. 86-cı dəqiqədə Rayan Çerki vurduğu qolla hesaba tarazlıq gətirib.

Beş oyundan sonra "Mançester Siti"nin on, "Napoli"nin isə dörd xalı var.

Londonun "Arsenal" klubu bu turda özmeydanında "Borussiya Dortmund"u qəbul edib və oyun 1-1 hesabı ilə başa çatıb.

"Arsenal" 11 xalla turnir cədvəlində beşinci yerdədir. "Borussiya Dortmund" (10) yeddinci yerə yüksəlib.

"Real Madrid""Santyaqo Bernabeu" stadionunda PSV Eyndhoven-i qəbul edib və 5-1 hesabı ilə qalib gəlib.

PSV-nin oyunçusu İvan Perişiç 37-ci dəqiqədə hesabı açıb. Lakin kral klubu ikinci hissədə oyunun gedişatını dəyişdirdi. 52-ci dəqiqədə "Real Madrid"in yarımmüdafiəçisi Federiko Valverde Arda Gülərin ötürməsindən sonra hesabı bərabərləşdirdi. 62-ci dəqiqədə Jude Bellingham komandasını hesabda irəli çıxarıb. 64-cü dəqiqədə isə Gülərin daha bir ötürməsindən sonra Kilian Mbappe hesab arasındakı fərqi iki topa çatdırıb.. İyirmi dəqiqə sonra Mbappe dubl edərək darmadağınlı qələbənin əsasını qoyub: 4-1. Vinisius 87-ci dəqiqədə vurduğu qolla komandasının 5-1 hesablı qələbəsini təmin edib.

Çempionlar Liqasının beş turundan sonra "Real Madrid" 15 xalla turnir cədvəlində birinci yerdədir. PSV (4) 27-ci yerdədir. Növbəti turda Joze Mourinyonun komandası "Arsenal"la, PSV isə "Atletiko Madrid"lə qarşılaşacaq.

Turun digər oyunları belə nəticələnib:

24 noyabr

21:45. “Bodo-Qlimt” (Norveç) – LASK (Avstriya) 1:0

21:45. “Qalatasaray” (Türkiyə) – “Aston Villa” (İngiltərə) 1:0

25 noyabr

00:00. “Arsenal” (İngiltərə) – “Borussiya” Dortmund (Almaniya) 1:1

00:00. “Komo” (İtaliya) – AEK (Yunanıstan) 1:0

00:00. “Feyenoord” (Niderland) – “Portu” (Portuqaliya) 0:1

00:00. “Mançester Siti” (İngiltərə) – “Napoli” (İtaliya) 2:2

00:00. “Leyptsiq” (Almaniya) – “Lans” (Fransa) 3:1

00:00. “Real” (Madrid, İspaniya) – PSV (Niderland) 5:1

00:00. “Slovan” (Bratislava, Slovakiya) – “Betis” (İspaniya) 0:2

Əziz MUSTAFA