Qorxmaz Əlilicanzadədən sensasiyalı açıqlama: “Kor ərəbin mahnısını xanım müğənnilər oxuya bilməz!”
“Əsl Şou”nun növbəti buraxılışında tanınmış sənət adamları, maraqlı söhbətlər və məktəbli dünya çempionu Orxan Şahməmmədov tamaşaçıların görüşünə gələcək.
Azərbaycanın ilk şoumeni, sevilən müğənni-aktyor Qorxmaz Əlilicanzadənin səsləndirdiyi fikirlər televiziya tamaşaçıları arasında geniş müzakirələrə səbəb ola bilər.
“Kor ərəbin mahnısını xanım müğənnilər oxuya bilməz!” – sənətkar bu fikri “Dünya” TV-də aparıcı Leyla İlqarın təqdimatında yayımlanan “Əsl Şou” verilişinin çəkilişi zamanı deyib.
Bəs Qorxmaz Əlilicanzadə bu qənaətə hansı əsasla gəlib? Onun fikirlərinin arxasında hansı sənət prinsipləri dayanır? Sualların cavabı verilişin yeni buraxılışında bəlli olacaq.
Məktəbli dünya çempionunun böyük uğuru
Verilişin qonaqları arasında məktəbli yaşında dünya çempionu tituluna sahib olmuş Orxan Şahməmmədov da yer alıb. Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən Elşən Sultanov adına 217 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi olan Orxan artıq idman aləmində mühüm uğurlara imza atıb.
O, 1–5 aprel 2026-cı il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən Aşihara Beynəlxalq Karate Təşkilatının (AIKO) Dünya Çempionatında 12–13 yaş qrupu üzrə 40 kq çəki dərəcəsində Azərbaycan milli komandasını təmsil edib. Gənc idmançı yığmamıza ilk qızıl medalı qazandıraraq ölkəmizə böyük sevinc yaşadıb.
Səkkiz ildir Aşihara karate ilə məşğul olan Orxan lisenziyalı idmançı və milli komandanın üzvüdür. Onun idman karyerasında üçqat respublika çempionluğu, eləcə də müxtəlif turnir və yarışlarda qazandığı qələbələr xüsusi yer tutur.
Hazırda gənc çempion ölkəmizdə keçirilməsi planlaşdırılan Aşihara karate üslubu üzrə Türkdilli Ölkələrin Çempionatına ciddi hazırlaşır. Qarşıdakı yarışda da Azərbaycan bayrağını yüksəklərə qaldırmaq onun əsas hədəflərindəndir. Aparıcı Leyla İlqar verilişdə Orxanın uğurlarından, idmana gəlişindən və gələcək planlarından söhbət açacaq.
Retro xatirələr və musiqi dolu anlar
Proqramın digər qonağı jurnalist Alim Nəbioğludur. O, aparıcı Leyla İlqarla birlikdə illər əvvəl çalışdığı verilişin xüsusi buraxılışlarına retro baxış edərək tamaşaçılara televiziya tarixinin maraqlı anlarını xatırladacaq.
Xanəndə Namiq Bayramovun ifaları və Qorxmaz Əlilicanzadənin zəngin repertuarından səslənəcək musiqi nömrələri verilişə xüsusi rəng qatacaq. Altı yaşlı Turan Anaroğlunun iştirakı isə proqramın yaddaqalan məqamlarından biri olacaq.
Sənət söhbətləri, gözlənilməz açıqlamalar, retro xatirələr, musiqi və gənc idmançının uğurları ilə zəngin “Əsl Şou”nun növbəti buraxılışını qaçırmayın!
“Əsl Şou” – çərşənbə axşamı “Dünya” TV-də!



Ramin Ağayev























.jpg)










.jpg)




























.jpg)




.jpg-1.jpg)
.jpg-1.jpg)
.jpg-1.jpg)
.jpg)





















