Aİ Şurası keçmiş FTB agenti Nazzaronu qara siyahıya salıb

Aİ Şurası keçmiş FTB agenti Nazzaronu qara siyahıya salıb

16:29
Bəyəndim (0) Bəyənmədim (0)

Aİ Şurası terrorizmdə ittiham olunan və Amerikanın ifrat sağçı şəbəkəsi olan "Baza"nın təsisçisi hesab edilən keçmiş FTB analitiki və Pentaqon podratçısı Rinaldo Nazzaronu qara siyahıya salıb. Şuranın mətbuat xidməti bunu açıqlayıb.

Bəyanatda deyilir: "Bu gün Aİ Şurası terrorizmə qarşı mübarizə qara siyahısını genişləndirərək Rinaldo Nazzaronu da daxil edib. Orada iddia edilir ki, Nazzaro 2024-cü ildən bəri Qərb sanksiyaları altında olan və terror hücumlarında iştirak etməkdə ittiham olunan "Baza"nın təsisçisi və lideridir.

Aİ Şurası qeyd edir ki, Aİ-nin terrorizmə qarşı mübarizə qara siyahısına ümumilikdə 14 şəxs və 23 təşkilat daxildir.

Qərb mediası əvvəllər Nazzaronun Rusiyada olduğunu iddia edirdi.

Əziz Mustafa