Forbes: Nvidia-nın baş direktoru Huanqın xalis sərvəti 144 milyard dollara yüksəlib

Forbes: Nvidia-nın baş direktoru Huanqın xalis sərvəti 144 milyard dollara yüksəlib

Bəyəndim (1) Bəyənmədim (0)


Forbes jurnalına görə, Huanqın xalis sərvəti Nvidia-nın baş direktoru vəzifəsinə bərpa edildikdən bir gün sonra təxminən 34 milyard dollar artıb.

23 noyabr bazar ertəsi günü ticarətin bağlanışında nəşr sahibkarın xalis sərvətini 144 milyard dollar olaraq qiymətləndirdi ki, bu da bazardan əvvəlki rəqəmdən 33,9 milyard dollar çoxdur. Bu, təxminən 30% faiz artım deməkdir. Beləliklə Huanqın qayıtması xəbərindən sonra Nvidia səhm qiymətləri kəskin şəkildə artıb.

Xatırladaq ki, noyabrın 23-də Nvidia şirkətinin direktorlar şurası Jensen Huanqın istefasından 11 gün sonra onu baş direktor vəzifəsinə bərpa etdi. ABŞ prezidenti Donald Tramp və İlon Mask biznesmenin geri qayıtmasını müdafiə etdilər. Şirkətin səhmləri yüksəldi, lakin Huanqın Çin kəşfiyyatı ilə əlaqələrinin araşdırılması davam edir.

Əziz MUSTAFA