Ukrayna gecə ərzində Moskva və Moskva vilayətinə yüzlərlə dronla hücum edib
24 noyabr çərşənbə axşamı gecəsi Ukrayna Moskva və Moskva vilayətinə yüzlərlə dronla hücum edib. Moskva meri Sergey Sobyanin Telegram-da Moskva vilayətinə hücumun dəf edildiyini elan edib.
O, saat 23:00 ilə 08:00 arasında Ukrayna Silahlı Qüvvələrinə məxsus 355 dronun Moskva və bölgəyə doğru uçduğunu dəqiqləşdirib. Onların əksəriyyəti hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Moskvaya yaxınlaşarkən 63 dron vurulub.
Sobyanin yerdəki mümkün nəticələr və ya itkilər barədə məlumat verməyib.
Daha əvvəl Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa hava hücumundan müdafiə sistemlərinin bir gecə ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus 60 pilotsuz təyyarəni vurduğunu bildirmişdi. İlkin məlumatlara görə, xəsarət alan və ya dağıntı yoxdur.
Əziz Mustafa







.jpg)































.jpg)










.jpg)
































