Ukrayna və Norveç yeni "Desna" hava hücumundan müdafiə sistemi hazırlayıblar
Norveçin "Kongsberg" şirkəti, adı açıqlanmayan bir Ukrayna istehsalçısı ilə əməkdaşlıqda, həmçinin Ukrayna və Norveç hökumətlərinin dəstəyi ilə "Desna" adlı yeni hava hücumundan müdafiə (HHM) sistemi yaradıb.
Bu barədə "Kongsberg"in yaydığı məlumatda deyilir.
Yeni HHM sisteminin əsas məqsədi Rusiyanın hücum dronlarına qarşı mübarizə aparmaqdır. Artıq təhvil verilmiş qurğular hazırda Ukrayna ərazisində istifadə olunur.
"Desna" sistemi, Norveçin "Kongsberg" şirkəti tərəfindən hazırlanmış atəşə nəzarət sistemi ilə inteqrasiya olunmuş, Ukrayna istehsalı olan zenit raketləri və buraxılış qurğularından ibarətdir.
Bundan əlavə, Ukrayna və Norveç, ölkənin hava hücumundan müdafiə əhatə dairəsini genişləndirmək məqsədilə bu birgə layihəni daha da genişləndirmək imkanlarını nəzərdən keçirirlər. Bu barədə Norveçin müdafiə naziri Tore A. Sandvik ukraynalı həmkarı Yevhen Xmara ilə danışıqlar zamanı bildirib.
Müdafiə sahəsindəki əməkdaşlıq çərçivəsində Ukrayna və Norveç yeni raketlərin NASAMS HHM sistemlərinə inteqrasiyası üzərində işləyirlər.
Əziz MUSTAFA
























.jpg)


























.jpg)










.jpg)




















