Meqan Marklın atası 40 il həbs cəzası ala bilər
24 Noyabrda Kaliforniyada federal böyük münsiflər heyəti, Sasseks hersoginyası Meqan Marklın 82 yaşlı atası Tomas Marklı cinayətdə günahlandırıb. O, uşaqlara qarşı cinsi istismarı əks etdirən materiallara sahib olmaqda iki cinayət işində ittiham olunur. Əgər günahkar hesab olunarsa, o, 40 ilə qədər həbs cəzası ilə üzləşə bilər.
Ötən həftə Florida hakimi Şahzadə Harrinin qayınatasının məhkəmə qarşısına çıxmaq üçün əqli cəhətdən sağlam olduğunu müəyyən etdi. 82 yaşlı Tomas hər hansı bir qanun pozuntusunu rədd edir.
Onun həbsi FTB-nin Los-Ancelesdə onun adına qeydiyyatdan keçmiş saxlama bölmələrində apardığı axtarışlardan sonra baş verdi. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, o, bölmələri 2008-ci ildən bəri icarəyə götürüb. Sonuncu kirayə haqqı bu ilin oktyabr ayında ödənilib.
Axtarış zamanı agentlər foto neqativləri, slaydları və kitabları müsadirə ediblər. Müstəntiqlər hesab edirlər ki, bu materiallarda uşaqlara qarşı cinsi istismarın təsvirləri ola bilər.
Tomas Markl əvvəlcə ev dustaqlığında idi, lakin bir neçə gün sonra elektron qolbağını çıxardıqdan sonra həbs edilib.
Sasseks hersoginyası Meqan Markl illərdir atası ilə əlaqə saxlamır. Ona yaxın olan insanların sözlərinə görə, atası ilə bağlı qalmaqal ona dərin təsir edib.
Əziz Mustafa


.jpg)






















































.jpg)

























.jpg)









