Polşa Müdafiə Nazirliyi diplomatik münasibətlərin kəsilməsi halında Rusiya ilə müharibənin başlaya biləcəyini bildirib
Polşa Milli Müdafiə nazirinin müavini Stanislav Vziontek bildirib ki, respublika Rusiya ilə diplomatik münasibətləri kəsərsə, böhran yarana və bu da müharibə təhlükəsi yarada bilər.
"Diplomatik kanalları kəsməmək vacibdir", - deyə o, Polskie Radio 24-ə verdiyi müsahibədə bildirib. "Rusiya səfirinin qovulması bu münasibətləri əslində müharibə təhlükəsi həddinə qədər gərginləşdirməyə çox yaxındır", - deyə müdafiə nazirinin müavini əlavə edib.
Onun fikrincə, Rusiya ilə diplomatik münasibətlər kəsilərsə, Polşa "qarşı tərəfdən də eyni şeyi gözləyə bilər və Polşa səfiri və faktiki olaraq bütün diplomatik missiya Rusiyada normal fəaliyyətini dayandıracaq".
24 noyabrda Rusiya səfiri Georgi Mixno Rusiyanın Polşa hava məkanını pozması iddiası ilə əlaqədar Polşa Xarici İşlər Nazirliyinə çağırılıb. Polşa diplomatik missiyasının sözçüsü Maciej Wiewur-un sözlərinə görə, Rusiya səfirinə "çox kəskin nota" verilib.
Əziz Mustafa
.jpg)









































.jpg)


























.jpg)














