Rusiyanın müxtəlif hava limanlarında onlarla uçuş təxirə salınıb

Rusiyanın müxtəlif hava limanlarında onlarla uçuş təxirə salınıb

12:02
Bəyəndim (1) Bəyənmədim (0)

25 noyabr səhəri Moskvanın Şeremetyevo, Vnukovo və Domodedovo, Sankt-Peterburqun Pulkovo və Soçi hava limanı da daxil olmaqla Rusiyanın müxtəlif hava limanlarında onlarla uçuş təxirə salınıb. Oxuməni.az xəbər verir ki, bu barədə Ura.ru saytının məlumatında deyilir.

Şeremetyevoda beynəlxalq uçuşlar da daxil olmaqla 20 uçuşun təxirə salındığı bildirilir. Vnukovoda da oxşar vəziyyət müşahidə olunur və Domodedovoda üç uçuşun cədvəldən geri qaldığı məlumdur. Pulkovoda təxminən 25 uçuş və gəliş, Soçi hava limanında isə təxminən 10 uçuş təxirə salınıb.

Əziz Mustafa