Çoxmilyon dollarlıq sərvətin varisi 19 yaşlı qıza təcavüz etdi

Çoxmilyon dollarlıq sərvətin varisi 19 yaşlı qıza təcavüz etdi

09:48
Bəyəndim (0) Bəyənmədim (0)

Avstraliyada çoxmilyon dollarlıq sərvətin varisi bir qıza təcavüz etdiyinə görə 4,5 il həbs cəzasına məhkum edildi. Bu barədə News.com.au məlumat verib.

Dəmir barmaqlıqlar arxasındakı kişi 31 yaşlı Antonio Di Virgiliodur. 2022-ci ilin oktyabr ayında o və əmisi oğlu 19 yaşlı qadın dostunu Qərbi Avstraliyanın Pert şəhərindəki ailə malikanəsinə dəvət etdilər. Gənc kişilər içki içir və narkotikadan istifadə edirdilər. Daha sonra Di Virgilio qadını özü və qardaşı ilə qrup seks etməyə inandırmağa başladı. Qadın imtina etdi və tezliklə özünü pis hiss etdi və sonra nə baş verdiyindən xəbər olmadı...

O, həmin səhər Di Virgilio ilə qardaşı arasında çılpaq oyandığını iddia edir. Qız daha sonra Di Virgiliodan huşsuz vəziyyətdə nə baş verdiyini öyrənmək istədi. Onlar isə qızın, "niyə narahat olduğunu başa düşmədiyini" bildirdilər və söhbəti tez bir zamanda bitirdilər. Qız dərhal polisə şikayət etdi.

DNT testi Di Virgilionun spermasının qurbanın bədənində olduğunu təsdiqlədi. Oktyabr ayında Di Virgilio həbs cəzasına məhkum edildi.Onun qardaşının təcavüzdə iştirakı sübut edilə bilmədi. Məhkəmə isə xeyli uzandı və sonda günakar həbs cəzasına məhkum edildi. Di Virgilio məhkəmə qərarından apelyasiya şikayəti verdi, lakin rədd edildi.
Günhkar 1996-cı ildə DVG Automotive şirkətini quran yeddi Di Virgilio qardaşlarından birinin oğludur. Zamanla onların şirkəti Qərbi Avstraliyanın ən böyük avtomobil satıcısı şəbəkəsinə çevrildi. 2015-2016-cı illərdə qardaşlar DVG Automotive şirkətinin nəzarət səhmlərini Yaponiyanın Gulliver International şirkətinə satıblar. O dövrdə ailənin sərvəti 300 milyon Avstraliya dolları olaraq qiymətləndirilirdi.

Əziz MUSTAFA