Xarkovda düşmən dronu çoxmərtəbəli binaya zərbə endirib, dağıntılar var, yanğın başlayıb
26 noyabr səhəri Rusiya hücum dronu Novobavarski rayonundakı çoxmərtəbəli yaşayış binasına zərbə endirib və Xolodnohirski rayonunda da başqa bir zərbə qeydə alınıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov X-də məlumat yayıb.
Terexov səhər saat 5-dən sonra yazıb: "Düşmən pilotsuz təyyarəsi Novobavarski rayonunda çoxmərtəbəli binaya dəyib. Hadisə yerində yanğın baş verib".
Novobavarski rayonunda 15-ci mərtəbədəki mənzil yanır və dağıntılar altında qalan insanların olması barədə də məlumatlar var. Hazırda üç nəfərin yaralandığı məlumdur.
O, həmçinin Xolodnohirski rayonunda daha bir zərbə barədə məlumat verib və nəticələrin müəyyən edildiyini və müvafiq xidmətlərin yerində işlədiyini yazıb.
Əziz MUSTAFA
Digər xəbərlər

















.jpg)

.jpg)












































.jpg)



















