Tesla Cybertruck-un qiymətini 5000 dollar artırdı
Tesla bu yaxınlarda Cybertruck istehsalının gələn yay dayandırılacağını açıqladı. Nəticədə Tesla dəfələrlə Cybertruck-in qiymətini qaldırdığı üçün qeyri-adi pikapa marağın daha çox artmasına səbəb oldu.
Cybertruck model ətrafındakı ilkin həyəcan 2024-cü ilin birinci yarısında olub. O vaxtdan bəri, Tesla rübdə təxminən 6000-7000 ədəd satmaqda çətinlik çəkib ki, bu da şirkətin mümkün hesab etdiyi həcmin yalnız onda biri qədərdir. Tesla sıralamasındakı digər modellərə xas olmayan yüksək inkişaf xərcləri nəzərə alındıqda, bu, Cybertruck proqramının gəlirsiz olduğunu göstərir.
Təəccüblü deyil ki, Tesla itkiləri minimuma endirmək qərarına gəldi və gələn il Cybertruck-un istehsalının dayandırılacağını elan etdi. Bu addım tamamilə ağlabatan və gözlənilən olsa da, bir çoxlarını narahat etdi. Cybertruck, şübhəsiz ki, gəlirsizliyə görə ləğv edilsə də, İlon Mask layihənin hələ də gəlirli olduğunu iddia edərək bunu qətiyyətlə rədd etdi. Maraqlıdır ki, bir çoxları Cybertruck almaq istəklərini yalnız Maskın "açıqlamasından sonra anladılar.
iSeeCars tərəfindən aparılan son araşdırma hətta Cybertruck-u ABŞ-da ən çox satılan işlənmiş pikaplardan biri adlandırdı. Lakin bu, Rivian R1T və Ford F-150 Lightning də daxil olmaqla digər elektrik pikaplarına da aiddir. Əslində, ABŞ-da ən çox satılan 25 işlənmiş avtomobildən 16-sı tamamilə elektriklidir və bu da yeni bazar trendini əks etdirir.
Mask bu ayın əvvəlində istehsalın bitdiyini elan edəndə şirkət artıq qiymətləri qaldırmışdı: Cyberbeast 102.490 dollardan başladı (artım 2500 dollar). Cəmi üç gün sonra Tesla qiymətlərə daha 7500 dollar əlavə etdi. Bunun üstündən cəmi iki həftə keçib və Tesla qiymətləri daha 5000 dollar qaldırır.
Qiymət artımı potensial alıcıları qorxutmaq üçün bir yol da ola bilər. Bu halda, Tesla əslində daha çox Cybertruck istehsal etmək istəmədiyini göstərir.
Bununla belə Mask "Cybertruck olan tələbatı ödəmək və daha çox sifarişi yerinə yetirmək üçün istehsal 2027-ci ilin yayının sonuna qədər uzadıb.
Əziz Mustafa
































.jpg)


.jpg)




















































