İsveçrə Gülnarə Kərimovadan Özbəkistana qanunsuz yolla əldə edilmiş daha 252,5 milyon dollarlıq aktivləri qaytaracaq

İsveçrə Gülnarə Kərimovadan Özbəkistana qanunsuz yolla əldə edilmiş daha 252,5 milyon dollarlıq aktivləri qaytaracaq

12:16
Bəyəndim (0) Bəyənmədim (0)

İsveçrə Özbəkistana qanunsuz yolla əldə edilmiş daha 252,5 milyon dollarlıq aktivləri qaytaracaq. İqtisadiyyat və Maliyyə Nazirliyinin məlumatına görə, müqavilə 24 noyabrda təsdiqlənib.

Pullar İsveçrədə Özbəkistanın ilk prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovaya qarşı açılan iş çərçivəsində müsadirə edilib.

2022-ci ilin avqust ayında Özbəkistan və İsveçrə təxminən 131 milyon dollar geri ödəmə müqaviləsi imzalayıblar və 2025-ci ilin fevral ayında əlavə 182 milyon dollar barədə razılığa gəliblər. Bu ilin oktyabr ayında Özbəkistan Ədliyyə Nazirliyi təxminən 21,6 milyon dollar geri ödəmə müqaviləsi elan edib.

İsveçrə prokurorları 2012-ci ildə araşdırmaya başlayıblar. 2019-cu ildə ABŞ Ədliyyə Nazirliyi Gülnarə Kərimovanı rüşvətxorluq və çirkli pulların yuyulmasında ittiham edib. ABŞ prokurorlarının sözlərinə görə, üç telekommunikasiya şirkəti ona Özbəkistan bazarına çıxış üçün 865 milyon dollardan çox pul ödəyib.

2020-ci ildə Daşkənd Şəhər Məhkəməsi Gülnarə Kərimovanı 13 il 4 ay müddətinə azadlıqdan məhrum edib. O, cinayətkar təşkilat təşkil etməkdə, şantaj etməkdə, mənimsəməkdə və çirkli pulların yuyulmasında təqsirli bilinib

Əziz Mustafa