ABŞ Rusiyanın NEZ-lərinə zərbələrə görə Ukraynaya silah tədarükünü bloklamaqla hədələyir

ABŞ Rusiyanın NEZ-lərinə zərbələrə görə Ukraynaya silah tədarükünü bloklamaqla hədələyir

10:12
Bəyəndim (1) Bəyənmədim (0)

Tramp administrasiya Kiyevi Rusiyanın energetika infrastrukturuna zərbələr endirməkdən əl çəkməyə məcbur etmək üçün Ukraynanı Amerika silahları ilə təmin edən təchizat sistemini dayandırmaqla hədələyir. Oxuməni.az xəbər verir ki, bu barədə "The Financial Times" (FT) Avropa rəsmilərinə istinadən məlumat verir.

Şənbə və bazar günləri həmin avropalı rəsmilər amerikalı həmkarlarından zənglər alıblar və ya bu barədə məlumatlandırılıblar. Avropalı həmsöhbətlərin sözlərinə görə, ABŞ Rusiya neft emalı zavodlarına (NEZ) hücumların dayandırılmasına çalışaraq Avropa paytaxtlarına və Kiyevə təzyiq göstərir.

Avropalı rəsmilər əlavə ediblər ki, ABŞ-ın mesajında kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılması və Birləşmiş Ştatların heç bir maliyyə töhfəsi vermədiyi Amerika silahlarının alınması aləti olan PURL (Prioritised Ukraine Requirements List) mexanizminin işinin saxlanılması ilə bağlı hədələr olub.

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsindən zəng alan rəsmi bildirib: "Onlar Kiyevə zəng edirlər... onlar hamıya (Avropada) zəng edirlər".

Amerikalı rəsmilərinimlə əlaqə saxlandığını bildirənlərdən biri də Ukrayna Prezidenti Volodimir Zelenskinin hərbi müşaviri və 93-cü mexanikləşdirilmiş briqadanın keçmiş generalı Pavel Palisadır.

Ağ Ev bu zəngləri təsdiqləməkdən və ya şərh etməkdən imtina edib.

Ağ Ev, həmçinin Donald Trampın Zelenskinin Ukraynanın seçki keçirə bilməsi üçün Vladimir Putini 60 günlük tam atəşkəslə razılaşmağa məcbur etmək təklifinə qulaq asıb-asırmadığı barədə məlumat verməkdən imtina edib.

Məlum olduğu kimi, Tramp Ukrayna prezidenti Volodimir Zelenskini müharibəni bitirmək istəməməkdə ittiham edərək, Ukraynanın "yeni lider seçməyinin vaxtının gəldiyini" bildirib.

Bu, Trampın Kreml rəhbəri Vladimir Putinlə Rusiya dizel yanacağının Amerika və dünya bazarlarına tədarükü ilə bağlı razılıq əldə etdiyini elan etməsindən sonra baş verib.

Bundan sonra Zelenski bildirib ki, Prezident Trampın Rusiyaya qarşı sanksiyaları birtərəfli qaydada ləğv etmək və ona dizel yanacağı ixrac etməyə icazə vermək qərarı "ədalətsiz və vicdansızdır".

Almaz Həsənli