Azərbaycan və Türkiyə səhiyyənin rəqəmsallaşdırılması məsələlərini müzakirə ediblər
Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, İstanbuldan olan deputat Şamil Ayrım və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Oxuməni.az xəbər verir ki, bu barədə “Yeni Şafak” nəşri məlumat yayıb.
Görüş zamanı Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində uğurla inkişaf etdiyi vurğulanıb.
Teymur Musayev Azərbaycan və Türkiyə arasında mövcud olan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaratdığını bildirib. Nazir qeyd edib ki, qarşılıqlı təcrübə mübadiləsi, peşəkar əlaqələr və iki ölkənin səhiyyə müəssisələri arasında birgə təşəbbüslər səhiyyə sistemlərinin inkişafına əhəmiyyətli töhfə verir.
Musayev Türkiyənin səhiyyə sahəsində qabaqcıl təcrübəsinin Azərbaycan üçün əhəmiyyətini də vurğulayıb. O, xüsusilə tibb kadrlarının hazırlanması, müasir tibbi texnologiyaların tətbiqi, səhiyyənin rəqəmsallaşdırılması və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.
Şamil Ayrım isə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib və Azərbaycanla Türkiyə arasında, o cümlədən səhiyyə sahəsində əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin intensivləşdirilməsi, tibbi təhsil və peşəkar inkişaf sahəsində əlaqələrin möhkəmləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan-Türkiyə münasibətlərinin möhkəm təməl üzərində inkişaf etdiyini vurğulayıb və səhiyyə sahəsində əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliklərini ifadə ediblər.
Almaz Həsənli












































.jpg)
















.jpg)









.jpg)























