Rusiyada raket yanacağı istehsalı müəssisələrinə zərbə endirilib
X-55 və X-101 qanadlı raketləri üçün Decilin-M yanacaq komponentləri istehsal edən Redkino pilot zavoduna zərbə endirilib.
Dünən gecə Rusiyanın Nijni Novqorod və Tver bölgələrində raket buraxılışları və raket yanacağı istehsalı ilə məşğul olan müəssisələrə zərbə endirilib.
Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 9 oktyabr cümə günü bəyan edib.
"Yerüstü Kosmik İnfrastruktur Qurğularının İstismarı Mərkəzinin (TsENKI) filialı olan V.P. Barmin adına Tədqiqat Buraxılış Kompleksləri İnstitutuna məxsus bir obyekt Nijni Novqorod vilayətindəki Dalneye Konstantinovo-5 kəndi yaxınlığında zərbəyə məruz qalıb", - deyə açıqlamada bildirilir.
TsENKI buraxılış komplekslərinin, yanacaqdoldurma avadanlıqlarının və raket idarəetmə sistemlərinin yaradılması, saxlanılması və istismarından məsuldur.
Bundan əlavə, düşmənin hərbi-sənaye kompleksinin istehsal zəncirində iştirak edən Redkino pilot zavodu Redkino (Tver vilayəti) yaxınlığında zərbəyə məruz qalıb. Zavod X-55 və X-101 qanadlı raketləri üçün Decillin-M yanacaq komponentləri, eləcə də dizel yanacağı və aviasiya kerosini üçün əlavələr istehsal edir. O, beynəlxalq sanksiyalar altındadır.
Bundan əlavə, Rusiya hərbi-sənaye kompleksinin partlayıcı maddələr və raket yanacağı istehsal etmək qabiliyyətini zəiflətmək məqsədilə Qitələrarası Ballistik Raketlərin Məhv Edilməsi Mərkəzinə (Nijni Novqorod vilayətinin Surovatixa rayonu) zərbə endirildi.
Xatırladaq ki, 8 oktyabrda Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın ən güclü neft emalı zavodu olan Omsk Neft Emalı Zavoduna zərbə endirdi.
Elə həmin gün Başqırdıstandakı Qazprom Neftexim Salavat neft emalı kompleksinə zərbə endirildi.
Əziz MUSTAFA






















.jpg)
















.jpg)









.jpg)


































