MDB-nin növbəti sammiti 8-9 oktyabr 2027-ci il tarixlərində Buxarada keçiriləcək
MDB Dövlət Başçıları Şurasının iclası 8-9 oktyabr tarixlərində Buxarada keçiriləcək.
Oxuməni.az xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev mətbuata açıqlamasında deyib.
"Nümayəndə heyətlərinin rəhbərləri 2027-ci il sədrliyini Özbəkistan Respublikası, Türkmənistan və Azərbaycan Respublikasının həmsədrliyi ilə müəyyən ediblər. MDB Dövlət Başçıları Şurasının iclası ənənəvi olaraq Birliyə sədrlik edən ölkədə keçirildiyindən, Dövlət Başçıları Şurasının növbəti iclasının 8-9 oktyabr 2027-ci il tarixlərində Özbəkistan Respublikasının Buxara şəhərində keçirilməsi qərara alınıb", - deyə o, MDB Liderlər Şurasının genişləndirilmiş iclasında çıxış edərkən bildirib.
2026-cı ildə MDB orqanlarına Türkmənistan sədrlik edəcək. MDB sammiti cümə günü Türkmənbaşı şəhərindəki Avaza Milli Turizm Zonasında keçirilir. İran Prezidenti Məsud Pezeşkyan tədbirdə ilk dəfə iştirak edir.
Əziz Mustafa




















.jpg)
















.jpg)









.jpg)




































