Fransada etirazlar başlayandan bəri 6600-dən çox lisey şagirdi saxlanılıb

Fransada etirazlar başlayandan bəri 6600-dən çox lisey şagirdi saxlanılıb

12:33
Bəyəndim (0) Bəyənmədim (0)

Fransada polis etirazlar başlayandan bəri 6600-dən çox insanı saxlayıb. Oxuməni.az xəbər verir ki, bu barədə Daxili İşlər Naziri Loran Nunez bu Milli Assambleyada (parlamentin aşağı palatası) keçirilən dinləmələrdə qeyd edib.

"6629 nəfər saxlanılıb və mən onu da əlavə etmək istərdim ki, 761 polis işçisi yaralanıb. 215 şagird və 89 məktəb işçisi yaralanıb", - deyə çıxışı Milli Assambleyanın saytında yayımlanan Daxili İşlər Naziri bildirib.

Daha əvvəl təhsil naziri Eduard Cefri nümayişlər zamanı məktəb binalarına dəyən ziyana görə təxminən 30.000 lisey şagirdinin bir neçə həftə ərzində dərslərə şəxsən qatıla bilməyəcəyini açıqlamışdı.

Lisey şagirdlərinin etirazları sentyabrın sonlarında Fransa paytaxtının İl-de-Frans bölgəsində başlamış və bütün Fransaya yayılmışdı. İştirakçılar həddindən artıq çox dərs cədvəlinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər. Bəzi şəhərlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları bu müddət ərzində 6000-dən çox həbs ediblər ki, bunların 90%-i yetkinlik yaşına çatmayanlar olub.

Əziz Mustafa