6 Özbəkistan vətəndaşı İnterpol xətti ilə BƏƏ-dən ekstradisiya edilib

6 Özbəkistan vətəndaşı İnterpol xətti ilə BƏƏ-dən ekstradisiya edilib

16:27
Bəyəndim (1) Bəyənmədim (0)


BƏƏ İnterpol kanalları ilə axtarışda olan biri qadın olmaqla 6 vətəndaşını Özbəkistana ekstradisiya edib. İlin əvvəlindən İnterpol xətti ilə 16 Özbəkistan vətəndaşı bu ölkədən çıxarılıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Özbəkistan Daxili İşlər nazirliyinin məlumaında deyilir.
Müxtəlif ağırlıqdakı cinayətləri törətməkdə şübhəli bilinərək İnterpol kanalları ilə beynəlxalq axtarışa verilmiş 6 Özbəkistan vətəndaşı BƏƏ-dən Özbəkistana ekstradisiya edilib. Onların arasında beş kişi və bir qadın var.

İnterpolun Özbəkistan üzrə Milli Mərkəzi Bürosunun məlumatına görə, saxlanılma və ekstradisiya İnterpolun BƏƏ-dəki Milli Mərkəzi Bürosu və iki ölkənin səlahiyyətli orqanları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Bu əməkdaşlıq sürətli məlumat mübadiləsini və şəxslərin axtarışı və geri qaytarılması üzrə səylərin əlaqələndirilməsini nəzərdə tutur.

Bu ilin əvvəlindən İnterpol xətti ilə 16 Özbəkistan vətəndaşı BƏƏ-dən ekstradisiya edilib.

Ötən ilin yayında beynəlxalq axtarışda olan 12 Özbəkistan vətəndaşının BƏƏ-dən çıxarıldığı bildirilmişdi.

Əziz MUSTAFA