Moskva vilayətinə dron hücumu nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb
Moskva vilayətində bir gecə ərzində 16 bələdiyyədə 185 dron məhv edilib. Oxuməni.az xəbər verir ki, bu barədə qubernator Andrey Vorobyov bildirib. Onun sözlərinə görə hücum nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb.
Solneçnoqorsk rayonunun Radumlya kəndində hücumda 20 yaşlı yerli sakin həlak olub. Pokrovskoyedə bir kişi qəlpə yaraları ilə xəstəxanaya aparılıb. İstrada Yadromino və Qorki şəhərlərinin iki sakini xəstəxanaya yerləşdirilib; onlardan birinin əməliyyatı planlaşdırılır. Lyaxovo kəndində üç nəfər yaralanıb; onlar xəstəxanaya yerləşdirilməkdən imtina ediblər.
İstrada Safontyevo, Torlopovo, Qorki və Yadrominoda 10 fərdi evə, eləcə də yardımçı tikililərə və iki avtomobilə ziyan dəyib. Domodedovoda, Lobanovo kəndində fərdi ev yanğına məruz qalıb. Cənab Vorobyov bildirib ki, Barıbinoda daha bir ev dağılıb.
Əziz MUSTAFA















.jpg-2.jpg)














.jpg)



















































