Brent nefti ucuzlaşıb
Yaxın Şərqdən ixracın artması, eləcə də G7 ölkələrinin strateji ehtiyatlardan yanacaq çıxarmaq qərarı fonunda bazar ertəsi neftin qiyməti ucuzlaşır.
Oxuməni.az xəbər verir ki, Bakı vaxtı ilə saat 9:20-yə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçersləri 0,73 dollar (0,71%) ucuzlaşaraq bir barel üçün 101,52 dollar təşkil edib. Cümə günü Brent nefti 0,06 dollar (0,06%) ucuzlaşaraq 102,25 dollara düşmüşdü.
Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən elektron ticarətdə WTI markalı neftin noyabr fyuçersləri isə 1,14 dollar (1,25%) ucuzlaşaraq 89,97 dollar olub. Ötən sessiyada müqavilə 1,76 dollar (1,9%) ucuzlaşaraq 91,11 dollara enmişdi.
Almaz Həsənli
Digər xəbərlər





























































































