UEFA Millətlər Liqası — 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli
Bu gün, 5 oktyabr tarixində futbol üzrə UEFA Millətlər Liqasının 2026/2027 mövsümünün oyunları davam edəcək. Oxuməni. az oyun gününün qarşılaşmalarının cədvəlini təqdim edir.
5 oktyabr tarixində Millətlər Liqasının oyunları (Bakı vaxtı ilə):
A Liqası:
22:45. İtaliya – Türkiyə;
22:45. Fransa – Belçika.
B Liqası:
22:45. Rumıniya – İsveç;
22:45. Şimali İrlandiya – Gürcüstan;
22:45. Ukrayna – Macarıstan;
22:45. Bosniya və Herseqovina – Polşa.
C Liqası:
20:00. Kipr – Latviya;
22:45. Monteneqro – Ermənistan.
Xatırladaq ki, dünən Azərbaycan millisi Millətlər Liqasının (D Liqası) 4-cü turunda Litva yığmasını minimal hesabla məğlub edib. Qarşılaşmada yeganə qolu 25-ci dəqiqədə millinin yarımmüdafiəçisi Abdullah Heybullaev vurub.
Qrup mərhələsinin 5-ci turunda Azərbaycan millisi Lixtenşteyn yığması ilə qarşılaşacaq. Matç noyabrın 13-nə təyin olunub. Litva millisi də son turda Lixtenşteynlə oynayacaq. Bu qarşılaşma noyabrın 16-da keçiriləcək.
Millətlər Liqasının hazırkı qalibi Portuqaliya yığmasıdır. Ötən mövsümün finalında Portuqaliya millisi İspaniyanı 2:2 (penaltilər seriyasında 5:3) hesabı ilə məğlub edib.
Almaz Həsənli























































































