Qırğızıstan Çindən elektrik enerjisi idxal etmək üçün elektrik xətti çəkməyi planlaşdırır
Qırğızıstan Energetika Nazirliyi 2027-ci ilin dekabr ayında Çindən elektrik enerjisi idxal etmək üçün sərhədyanı yüksək gərginlikli elektrik xəttini istifadəyə verməyi planlaşdırır.
Bir gün əvvəl Qırğızıstanın Energetika naziri Altınbek Rısbekov və Çin Dövlət Energetika Administrasiyasının rəhbəri Vanq Honçji elektrik enerjisi üzrə Qırğızıstan-Çin işçi qrupunun ilk iclası çərçivəsində Çinqdaoda görüşdülər.
Bəyanatda deyilir: "Tərəflər iki ölkənin enerji sistemlərinin birləşdirilməsi, Çindən Qırğızıstana elektrik enerjisi idxal etmək üçün sərhədyanı elektrik xəttinin çəkilməsi və sərhəd bölgəsindəki sənaye parkına elektrik enerjisi verilməsi məsələlərinə xüsusi diqqət yetirdilər".
Qırğızıstan Energetika Nazirliyi müvafiq enerji infrastrukturunun tikintisi üçün maliyyələşdirmənin hazırlanmasını demək olar ki, başa çatdırıb.
2023-cü ilin may ayında Qırğızıstan Energetika Nazirliyi və Çinin elektrik mühəndisliyi şirkəti TBEA 220-500 kV-luq yüksək gərginlikli elektrik ötürücü xəttinin tikintisi üçün əməkdaşlıq müqaviləsi imzalayıblar. O dövrdə tikinti, böyük su elektrik stansiyalarının, günəş elektrik stansiyalarının və külək elektrik stansiyalarının istismara verilməsi planları nəzərə alınmaqla, Qırğızıstandan elektrik enerjisi ixracı üçün planlaşdırılırdı.
Qırğızıstan mövsümi elektrik enerjisi çatışmazlığı ilə üzləşir. Nazirlər Kabinetinin məlumatına görə, 2026-cı ildə elektrik enerjisi idxalı 4,1 milyard kVt/saat təşkil edəcək və ümumi istehlak 19,6 milyard kVt/saat olacaq.
Əziz Mustafa



















































.jpg)


.jpg)





























