Finlandiya Rusiya ilə sərhədi 2028-ci ilin sonuna qədər bağlayır
Finlandiya hökuməti icazəsiz girişlə mübarizə üçün müvəqqəti tədbirlər haqqında qanunu iki il müddətinə uzadıb. Bu qanuna əsasən, ölkə 2023-cü ildə Rusiya ilə quru sərhəd keçidlərini bağlayıb. Qanun 1 dekabrda qüvvəyə minəcək və 31 dekabr 2028-ci ilə qədər qüvvədə qalacaq.
Bu barədə Finlandiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
"Finlandiya-Rusiya quru sərhədindəki sərhəd keçidləri 15 dekabr 2023-cü ildən bəri bağlıdır. Mövcud vəziyyət şərq sərhədinin açılmasına imkan vermir", - deyə mətbuat açıqlamasında bildirilib.
Finlandiya daxili işlər naziri Mari Rantanen şərq sərhədində ölkəyə icazəsiz giriş təhlükəsini qeyd edib. Onun mətbuata açıqlamasında qeyd olunub ki, Finlandiya hakimiyyətinin narahatlıqları Sərhəd Mühafizəsi və digər təhlükəsizlik qurumlarının məlumatlarına əsaslanır.
2023-cü ilin payızında Finlandiya miqrant axını səbəbindən Rusiya ilə quru sərhəd keçidlərini tədricən bağladı. Hakimiyyət orqanları vəziyyətə görə Rusiyanı günahlandırdı. Məhdudiyyətlər sonradan qeyri-müəyyən müddətə uzadılıb. 16 noyabr 2026-cı il tarixindən etibarən Finlandiya hökuməti idmançılar da daxil olmaqla Rusiya vətəndaşları üçün giriş məhdudiyyətlərini sərtləşdirdi. Qərara əsasən, Finlandiyanın milli maraqları üçün zəruri hallarda peşəkar idman növləri də daxil olmaqla qısamüddətli iş vizalarına icazə veriləcək.
Əziz MUSTAFA


























.jpg)


.jpg)






















































