Avropa Liqası: "Viktoriya"  "Benfika"nı darmadağın edib, "Yuventus" "Omoniya"ya, "Milan"  "Olimpiakos"a qalib gəlib

Avropa Liqası: "Viktoriya" "Benfika"nı darmadağın edib, "Yuventus" "Omoniya"ya, "Milan" "Olimpiakos"a qalib gəlib

12:13
Bəyəndim (1) Bəyənmədim (0)

Avropa Liqasının beşinci turunun növbəti oyunları keçirilib.
"Yuventus" Turindəki "Allianz" stadionunda "Omoniya"nı (Kipr) qəbul edib. Oyun ev sahibi komandanın 4-1 hesablı qələbəsi ilə başa çatdıb.

Oyunda hesabı qonaqlar açıb.16-cı dəqiqədə Lubomir Şatka əla zərbə ilə komandasını önə keçirib. "Yuventus"un müdafiəçisi Andrea Kambiaso 37-ci dəqiqədə hesabı bərabərləşdirib. Altı dəqiqə sonra hücumçu Jeff Echator Turin komandasını hesabda irəli çıxardı: 2-1

Birinci hissə bu hesabla da başa çatıb. İkinci hissənin 68-ci dəqiqədə yarımmüdafiəçi Çiko Konseysao daha bir qol vuraraq hesab arasındakı fərqi iki topa çatdırıb. 72-ci dəqiqədə yarımmüdafiəçi Jeremy Boga dördüncü topu qonaqların qapısından keçirərək komandasının 4-1 hesabı ilə qələbəsini təmin edib.

"Viktoriya" Çexiya isə öz meydanında Portuqaliyanın "Benfika" komandasına 4-0 hesablı darmadağnla qalib gəlib. "Milan" isə rəqib meydanında "Olimpiakos"un qapısından 4 top keçirib, yunanlar isə bu toplardan yalnız ikisinin əvəzini çıxa biliblər.

"Beşiktaş" (Türkiyə) isə qalmaqallı oyunda -"Hapoel"ə (İsrail) - 2:1 hesabı ilə qalib gəlib.

Qalan oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:

Olimpiakos (Yunanıstan) - Milan (İtaliya) - 2:4;

Marsel (Fransa) - Levski Sofiya (Bolqarıstan) - 1:0;

Viktoriya (Çexiya) - Benfika (Portuqaliya) - 4:0;

"Union" (Belçika) - "Lex" (Polşa) - 2:2;

"Dinamo" (Xorvatiya) - "Bayer 04" (Almaniya) - 0:2;

"Zaltsburq" (Avstriya) - "Ararat-Ermənistan" (Ermənistan) - 2:0;

"Selta" (İspaniya) - "Bornmut" (İngiltərə) - 1:2;

"Beşiktaş" (Türkiyə) - "Hapoel" (İsrail) - 2:1;

"Lyon" (Fransa) - "Lillestrom" (Norveç) - 0:0;

"Ferensvaroş" (Macarıstan) - "Selje" (Sloveniya) - 0:0;

Sparta Praqa (Çexiya) - AZ Alkmaar (Hollandiya) 2-4;

Kristal Palas (İngiltərə) - Real Sosyedad (İspaniya) 2-1;

Sanderlend (İngiltərə) - Yagelloniya (Polşa) 1-1;

Hoffenhaym (Almaniya) - Şturm (Avstriya) 3-1;

Torense (Portuqaliya) - Seltik (Şotlandiya) 1-2;

NEC (Hollandiya) - Renn (Fransa) 3-1;

OFI (Yunanıstan) - Anderlext (Belçika) 1-3.

Əziz MUSTAFA