İspaniyada parlament seçkiləri keçiriləcək
İspanlar bazar günü parlament seçkilərində səs vermək üçün seçki məntəqələrinə gedəcəklər.
Səsvermə məntəqələri yerli vaxtla saat 9:00-da (Bakı vaxtı ilə saat 11:00) açılacaq və saat 20:00-da (Bakı vaxtı ilə saat 22:00) bağlanacaq.
Seçici fəallığının yüksək olacağı gözlənilir. İspaniya Daxili İşlər Nazirliyi yerli vaxtla saat 14:00 və 18:00-da seçkilərdə iştirak rəqəmlərini açıqlayacaq.
İspaniya parlamentinin aşağı palatasında (Deputatlar Konqresi) 350 yerin hamısı təhlükə altındadır. Qalib partiyaya təkbaşına hökumət qurmaq üçün 176 yer lazımdır. Əgər heç bir partiya çoxluğu təmin etməsə, onda siyasi qüvvələr koalisiya hökuməti yaratmaq üçün danışıqlar aparacaqlar. Daha sonra İspaniya Kralı siyasi partiyaların liderləri ilə məsləhətləşmələr aparacaq və Baş nazir vəzifəsinə namizəd təklif edəcək.
Aşağı palatadan əlavə, seçkilər nəticəsində 200-dən çox senator seçiləcək.
Əziz Mustafa





























































.jpg)


.jpg)



















