Gürcüstanın Türkiyədəki səfiri "Beşiktaş"la matçda baş verən hadisədən sonra Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

Gürcüstanın Türkiyədəki səfiri "Beşiktaş"la matçda baş verən hadisədən sonra Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

19:21
Bəyəndim (0) Bəyənmədim (0)


Gürcüstanın Türkiyədəki səfiri Arçil Kalandia cümə axşamı Batumidə İstanbulun "Beşiktaş" futbol klubu ilə İsrailin "Hapoel Be'er Şeva" komandası arasında keçirilən matç zamanı baş verən iğtişaşla əlaqədar olaraq Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə TRT televiziya kanalı məlumat verib.

Kanalın məlumatına görə, diplomata Türkiyənin hadisələrlə bağlı mövqeyi barədə məlumat verilib. Bildirilib ki, araşdırma aparılmalı və Türkiyə vətəndaşlarına qarşı güc tətbiq edənlərə qarşı lazımi hüquqi tədbirlər görülməlidir.

Daha əvvəl bildirilmişdi ki, "Hapoel" və "Beşiktaş" arasındakı matç tribunalardakı iğtişaş səbəbindən ilk hissədə dayandırılıb. Anadolu Agentliyinin məlumatına görə, "Beşiktaş" oyunçuları matç başlamazdan əvvəl rəqibləri ilə əl sıxmaqdan imtina ediblər. Oyun zamanı "Beşiktaş" azarkeşləri Fələstin bayrağını açıblar ki, bu da azarkeşlərlə polis arasında toqquşmaya səbəb ola bilərdi. Batumi polisi 16 nəfərin həbs olunduğunu bildirib, lakin onlar sonradan sərbəst buraxılıblar.

UEFA "Hapoel" və "Beşiktaş" arasındakı matç zamanı baş verən iğtişaşları pisləyib və intizam araşdırması aparacaq.

Əziz MUSTAFA