Aygün Şükürova həmkarlarına səsləndi: “Arxamca danışmaqdansa, mənim qədər tanınmağa, sevilməyə çalışın”
Bu gün tanınmış müğənni Aygün Şükürovanın doğum günüdür.
Səhnə performansı, fərqli ifa tərzi və özünəməxsus geyim seçimləri ilə seçilən sənətçi doğum günündə həmkarlarına ünvanladığı mesajla diqqət çəkib. Oxuməni.az vasitəsilə bəzi həmkarlarına səslənən Aygün Şükürova arxasınca danışanlara münasibətini bildirib.
Efirlərdə tez-tez görünməsə də, el şənliklərinin və müxtəlif tədbirlərin sevilən ifaçılarından olan müğənni hazırda yeni yaradıcılıq planları üzərində çalışdığını deyib.
Aygün Şükürova həmkarlarına ünvanladığı fikirlərində bunları qeyd edib:
“Mənim heç kimlə işim yoxdur. Yeni mahnılar yazdırıram, hər mahnının ruhuna uyğun obrazlı geyimlər sifariş edirəm. Heç bir həmkarımın arxasınca danışmıram, buna ehtiyac da duymuram. Arxamca danışanlara da cavab vermək qüdrətindəyəm, sadəcə, səviyyəmi qoruyub saxlayıram. Yeni il çəkilişlərinə və tədbirlərinə dəvətlərim çoxdur. Allah hər kəsin ürəyinə görə versin. Müğənni qazandığı pulu sənətinə, geyiminə xərcləməyi bacarmalı, məclisə daxil olanda diqqəti özünə cəlb etməlidir!”
Sənətçinin fikrincə, səhnə adamı yalnız geyimi ilə deyil, ilk növbədə ifası, səhnə mədəniyyəti və ümumi görünüşü ilə yadda qalmalıdır. Onun bu sözləri həmkarlarına ünvanlanan açıq mesaj kimi qiymətləndirilir.
Müğənnini doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, xoşbəxtlik, yeni yaradıcılıq uğurları, bol-bol hit mahnılar və sevənlərinin alqışını arzulayırıq.


Doğum gününüz mübarək, Aygün xanım!
Ramin Ağayev










.jpg)



















































.jpg)


.jpg)


























