Görəsən Türkiyədə 1916-cı il ermənilərin türklərə qrşı həyata keçirdikləri soyqırımını niyə unudublar?
Çar Rusiyası 18 aprel 1916-cı ildə Trabzonu ələ keçirdikdən sonra şəhərdəki erməni və yunanlar Osmanlı dövlətinə aid rəsmi binaların üzərindəki, Osmanlı türkcəsində olan dövlət tabelalarını sökürlər.
Sökdükləri isə yerli polis binasının üzərində olan yazıdır. Ermənilər rusların sayəsində Trabzonda hakimiyyəti ələ alıb yerli insanların köç etməsinə səbəb oldular. Ermənilər 13 vilayətə iddia edirdilər. Fransa, Rusiya və Britaniya onlara bu torpaqları vəd etmiş idilər.
Rusiyada bolşeviklər hakimiyyətə gəlməsələr idi, ermənilər 13 vilayəti Türkiyədən alaraq öz dövlətlərini quracaq idilər. Böyük dövlətlərin planı belə idi. Osmanlı ərazisində iki dövlət yaratmaq. Bunlardan da biri paytaxtı Gümrü olan Ermənistan idi.
Batum konfransında isə ermənilərə torpaq verilməsi məsələsi gündəmə gələndə qurban bizim Qərbi Azərbaycan olur və İrəvan Gümrü ilə əvəzlənir.

O gündən bu günə Türkiyə və Azərbaycanda ermənilər müxtəlif sahələrdə vəzifələrdə oturub, Rusiya, Fransa və digərlərinin köməyi ilə güc qazandılar. Azərbaycan uzun illər işğaldan sonra torpaqları ermənilərdən azad edib ölkəni təmizlədi..
Görəsən Türkiyə bu Rusiya tərəfindən çəkilən kadrlardan dərs ala bildi ? İndi Türkiyədə ermənilərə dəstək olaq deyən şəxslər, Milli Savunma facebook səhifəsində erməni hərbi təlimlərini çəkib bizə mesaj verənlər və sairələr 18 aprel 1916-cı il kadrlarına baxsınlar.

Özləri bilərlər, istəyirlər erməniləri təbliğ eləsinlər, istəyirlər ermənilərə kömək etsinlər. Onsuz da o silah bizə yox Türkiyəyə yönəlmiş idi vaxtında. Biz üzərimizə aldıq, itirdik və sonda qalib gəldik. İndi Türkiyə özünü qorusun daha. Çanaqqalada şəhid olan oğulları indi Türkiyədə ərəblər, farslar, ermənilər, pkk kürdləri əvəz edir. Bu şəxslərə vətəndaşlıq verib, onlara böyük söz haqqı verən Ərdoğan hökuməti bu kadrlara təkrar təkrar bax!!
Böyük Türkiyəni böyük tarixi olan Türklər qurub, qoruyub. Sənin vətəndaşlıq verib və özünün trol orduna çevirdiyin ərəb, fars, erməni, pkklılar yox.
Professor Zaur Əliyev














.jpg)













































































